Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия




“HOREX Azərbaycan” – otel və restoranlar sektorunun peşəkarlarına istiqamətlənmiş, beynəlxalq səviyyəli peşəkar sərgidir. “HOREX” sərgisi iştirakçılara yeni məhsulların nümayiş etdirilməsi üçün sərfəli platforma təqdim etməklə yanaşı, onlara öz tərəfdaşları ilə işgüzar əlaqələri genişləndirmək, ən əsası isə, Azərbaycan və bütün Qafqaz regionunun qonaqpərvər bazarında texnologiyalar, məhsul və xidmətlərin istehlakçıları və istehsalçıları arasında yeni, səmərəli və qarşılıqlı fayda verən əlaqələrin qurulmasına imkan yaradır.

Etibarlı tərəfdaş – Azərbaycan

Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) məruzəsində 2008-ci ilin yekunlarına dair qeydlərdə Azərbaycan islahatların həyata keçirilməsi üzrə dünya lideri sayılır. Hamıya məlumdur ki, bu gün bütün dünyada iqtisadiyyat öz ağrılı-acılı günlərini yaşayır, sənaye istehsalı azalır. Azərbaycanda isə son beş ildə, daha doğrusu 2004 – 2008-ci illərdə müşahidə edilən iqtisadi inkişaf dünyanın heç bir ölkəsində olmayıb. Beş il ərzində iqtisadiyyat 2,6 dəfə, büdcə məsrəfləri isə 10 dəfədən də çox  artmışdır. BMT-nin dünyadakı iqtisadi şəraitə dair məruzəsinin proqnozlarına əsasən, 2009-cu ildə MDB məkanında ən dinamik iqtisadiyyata malik ölkə məhz Azərbaycan olmuşdur.

 

Sərgidə iştirakın üstünlükləri

Sərgi bütün Qafqaz regionunun turizm və qonaqpərvərlik mərkəzi olan Bakı şəhərində keçirilir və regionun otel və restoran biznesi sahəsində ən vacib tədbirlərindən biri sayılır.

“HOREX” sənayenin peşəkarlarına istirahət evləri, restoranlar, supermarketlər, fitnes klubları, kafe və barlar üçün ən yeni məhsullar, texnologiyalar və xidmətlərin istehsalçı və istehlakçıları üçün peşəkar sərgi rolunu oynayır. Bu, ən nüfuzlu istehsalçılar və sözügedən sənaye növünün nümayəndələri ilə əlaqə yaratmaq üçün səmərəli üsuldur.

Azərbaycanın sürətlə inkişaf edən “qonaqpərvərlik” bazarında “HOREX2010” sərgisi eksponentlərə yeni məhsulların nümayiş etdirilməsi üçün sərfəli platforma təqdim etməklə yanaşı, tərəfdaşlar ilə işgüzar əlaqələr qurmağa və mövcud müştərilər ilə əlaqələri möhkəmləndirməyə imkan yaradır.

 

Qonaqpərvərlik sənayesi

  • “HOREX 2010” sərgisi Azərbaycanın qonaqpərvərlik bazarında yeni imkanlar açır və ölkə iqtisadiyyatının əhəmiyyətli inkişafının göstəricisi sayılır.
  • Bu gün Azərbaycanda 15 min müəssisə və təşkilat mehmanxana və restoran biznesi ilə məşğul olur.
  • Təkcə Bakı şəhərində hal-hazırda 5.000-ə yaxın ictimai iaşə obyektləri fəaliyyət göstərir, orta hesabla isə hər ay “A” və “B” kateqoriyalı yeni obyektlər istifadəyə verilir.
  • Ölkədə yeni mehmanxanaların tikintisi və mövcud mehmanxanaların rekonstruksiyası geniş vüsət alıb. Belə ki, son 4 il ərzində ölkədə otaqlarının ümumi sayı 30.706 olan 370 müxtəlif kateqoriyalı mehmanxana inşa və bərpa edilib.
  • 2009-cu ilin sonu üçün 35 yeni otelin istifadəyə verilməsi nəzərdə tutulur. Hal-hazırda, ölkədə 60 mehmanxana inşa edilir.
  • Hər il Azərbaycanda yeni super-marketlər açılır və bununla da ticarət, vitrin və soyuducu avadanlıqların keyfiyyəti və dizaynına olan tələbat artır.
  • 2008-ci ildən etibarən, Xəzər dənizinin sahilində istirahət kompleksləri və otellərin intensiv şəkildə inşası üzrə yeni layihələrə start verilmişdir. “Holton”, “Four Season”, “Marriott”, “Ibis and “Warwick” kimi dünya səviyyəli otel brendləri Bakıda öz otellərini istifadəyə verirlər.

 

Reklam kampaniyası

  • 40.000 dəvətnamə biletinin təkcə Azərbaycan deyil, eləcə də Rusiya, Türkiyə, İran, Gürcüstan, Mərkəzi Asiya və digər ölkələrin iri və xırda müəssisələrini özündə əks etdirən peşəkar məlumat bazası üzrə birbaşa göndərilməsi;
  • Televiziya və radioda sərginin açılışından iki həftə əvvəl reklam, Bakı şəhərinsə reklam lövhələri və banerlər, Azərbaycan, Gürcüstan, Rusiya, Mərkəzi Asiya, Türkiyə və İranın peşəkar və aparıcı kütləvi informasiya vasitələrində reklam və məqalələr;
  • ITE Group şirkəti tərəfindən keçirilən digər  profilli və beynəlxalq səviyyəli sərgilərdə reklam;

 





KOMMUNİKASİYA TƏRƏFDAŞI
Azerfon-Vodafone
SIĞORTA TƏRƏFDAŞI
Pasha Sigorta
TEXNİKİ DƏSTƏK
CASPEL
KREATİV TƏRƏFDAŞ
Krea
MARKETİNQ ARAŞDIRMA TƏRƏFDAŞI
SIAR
VALYUTA MƏZƏNNƏSİ
  13/10/2019 14/10/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



HOREX is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek