Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия







2011-ci il may ayının 25-dən 27-dək Azərbaycanın paytaxtı Bakı şəhərində “HOREX Azerbaijan 2011” 5-ci Yubiley Qafqaz Beynəlxalq “Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar” Sərgisi keçiriləcək. Diqqətəlayiq bir haldır ki, bu sərgi öz ilk yubileyini “Bakı Ekspo” yeni sərgi kompleksində qeyd edəcəkdir.

“HOREX Azerbaijan 2011” sərgisi Azərbaycan, Almaniya, Rusiya, Türkiyə və Fransadan olan şirkətləri bir yerə toplayacaq və həmin şirkətlər mehmanxana və restoranlar üçün avadanlıqlar, habelə ticarət, vitrin və soyuducu avadanlıqlar, “FAST FUD” avadanlıqları, qəhvə üyüdən maşınlar və qəhvə, otellər üçün ətir-gigiyena vasitələri, dizayn və interyerin bəzədilməsi, təhlükəsizlik və daxilolmaya nəzarət, mehmanxanalar üçün interaktiv sistemləri və bir çox digər məhsulları nümayiş etdirəcəklər. Sərginin eksponentləri arasında həm daimi iştirakçılar, həm də debütantlar vardır. Belə ki, Fransadan olan şirkətlər, ilk dəfə olaraq, istənilən mürəkkəbliyə malik mətbəxlər üçün (layihənin əvvəlindən sonuna qədər təchiz etməklə) nəzərdə tutulmuş avadanlıqlarını nümayiş etdirəcəklər. Almaniyadan olan şirkətlər isə geniş çeşiddə məhsullar, o cümlədən qida plyonkası, çörək və bulka məmulatları üçün sarğı kağızı, zibil və ərzaq tullantıları üçün torbalar, habelə mehmanxana, restoran və kafelər üçün nəzərdə tutulmuş bir çox digər nümunələri əhatə edən ekoloji məhsulları nümayiş etdirəcəklər.

Bu yubiley ilə əlaqədar, təşkilatçılar xüsusi proqram hazırlayıblar. Belə ki, may ayının 26-da sərginin rəsmi proqramı çərçivəsində İsveçrənin interyer üzrə aparıcı memar və dizaynerlərindən biri tərəfindən master-klass keçiriləcək.

“HOREX” sərgisinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən Turizm İli elan edilmiş bir ildə keçirilməsi olduqca aktual xarakter alır. Belə ki, turizm sahəsi üçün əlamətdar olan 2011-ci ildə Azərbaycanda 5 beşulduzlu mehmanxana açılacaq və ölkədəki mehmanxanaların ümumi sayı 500-ə çatacaqdır.

Xəzəryanı regionda mehmanxana sektorunun yeganə ixtisaslaşmış tədbiri olan “HOREX Azerbaijan” sərgisi mehmanxana, restoran, supermarket, kafe və barların hərtərəfli təchizatını, mətbəx avadanlığını və bir çox digər məhsulları təqdim edən şirkətləri bir yerə toplayır. Beləliklə, bu sərgi mehmanxana sektorunun dünya standartlarına və ən son bazar tələblərinə uyğun olan yenilik və təkmilləşdirmələrini təqdim etməklə, danışıqlar aparmaq və qarşılıqlı faydalı müqavilələr imzalamaq üçün şərait yaradan B2C (müəssisə və istehlakçı arasında qarşılıqlı münasibətlər) və B2B (müəssisələr arasında qarşılıqlı münasibətlər) formatında ən yaxşı əməkdaşlıq meydançasına çevriləcəkdir.





BİZƏ QOŞULUN!
Baş xəbərlər
KOMMUNİKASİYA TƏRƏFDAŞI
Azerfon-Vodafone
TEXNİKİ DƏSTƏK
CASPEL
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
RƏSMİ AVİADAŞIYICI
VALYUTA MƏZƏNNƏSİ
  05/12/2019 06/12/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



HOREX is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek