Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия





Sərgi haqqında



“HOREX Azərbaycan” Mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar sərgisi bu sənaye sahələrinin peşəkarları üçün zəngin biznes imkanları və ideyaları təqdim edir

Siz 3 gün ərzində “yalnız biznes” mühitində yeni və cari alıcılarla tanışlıq və görüş imkanı qazanacaqsınız.

“HOREX”də iştirakın səbəbləri

  • Sərgidə sizin biznes üzrə mövcud və potensial tərəfdaşlarınız və hətta rəqibləriniz də daxil olmaqla qeyd olunmuş sahələri təmsil edən hər kəs iştirak edəcəkdir. “HOREX Azərbaycan” ölkədə otel və restoranlar sektorunun peşəkarları üçün nəzərdə tutulmuş ən böyük beynəlxalq sərgidir.
  • Qonaqpərvərlik sahəsinin peşəkarları üçün ən əlverişli bazar məkanı. “HOREX-2011” bütün biznes sahələrini təmsil edən hər bir nümayəndənin qərar qəbul etmək səlahiyyəti olan mütəxəssislərlə görüşməsi və əlaqələr qurması, güclü biznes alyansları yaratması və biznes müqavilələri imzalaması üçün platforma rolunu oynayır.  
  • Sürətlə böyüyən qonaqpərvərlik sahəsi. Bu gün Azərbaycanda 15 mindən artıq müəssisə və təşkilat otel və restoran biznesi ilə məşğul olur. Hal-hazırda təkcə Bakı şəhərində 5.000-ə yaxın ictimai iaşə obyekti fəaliyyət göstərir. Orta hesabla isə hər ay 3  “A” və “B” kateqoriyalı yeni obyekt və supermarketlər istifadəyə verilir. Belə ki, son 4 il ərzində ölkədə otaqlarının ümumi sayı 30.570 olan 477 müxtəlif kateqoriyalı otel inşa edilib və modernləşdirilib. Ölkədə yeni otellərin tikintisi sahəsində 25% illik artım müşahidə olunur.
  • Yaxın 3 il ərzində Azərbaycana gələn turistlərin sayının 3 milyona qədər artırmaq planlaşdırılır.
  • Son 15 il ərzində “İTECA Caspian” şirkəti ziyarətçilər üzrə geniş məlumat bazası yaratmış və ziyarətçilərin stimullaşdırılması üzrə daha geniş təşviqat kampaniyası tərtib etmişdir ki, ticarət sahəsində çalışan yüksək keyfiyyətli ziyarətçi kütləsini səmərəli şəkildə “HOREX Azərbaycan” sərgisinə cəlb edə bilsin.
  • HOREX Azərbaycan” sərgisi kütləvi informasiya vasitələrinin diqqətini hər dəfə daha çox cəlb edir. Bu isə o deməkdir ki, sərgi iştirakçıları media tərəfindən daha çox işıqlandırılırlar.

 

Sərgini kimlər ziyarət edəcək?

Alıcılar, qərar qəbul etmək səlahiyyəti olan mütəxəssislər və aşağıdakı müəssisələrin işçiləri:

  • Qənnadı müəssisələri / çörəkxanalar;
  • Ərzaq və içki idxalçıları / distributorları / topdan satış müəssisələri;
  • Dövlət müəssisələrinə, hərbi sahəyə, məktəb və xəstəxanalara ərzaq təchizatı xidmətini göstərən müəssisələr;
  • Sənaye sahəsinə ərzaq xidməti göstərən müəssisələr;
  • Ərzaq xidməti və qonaqpərvərlik məsləhətləri göstərən müəssisələr;
  • Otellər / kurortlar / müalicəvi su kurortları (SPA);
  • İri ticarət mərkəzləri / supermarketlər / ərzaq mağazaları / gündəlik tələb olunan məhsullar mağazaları;
  • İnteryer dizaynı / mebel təchizatı müəssisələri;
  • İT-sistemlərinin inteqrasiyası /abonent şəbəkələri;
  • Restoranlar / qəlyanaltı yerləri  (pablar) / gecə klubları / bənzər müəssisələr;
  • Pərakəndə satış müəssisələri / univermaqlar;
  • Güzəştli qiymətlə malların satışını aparan (franşıza) müəssisələr / idarəetmə şirkətləri;
  • Pərakəndə satış şəbəkələri;
  • Supermarket şəbəkələri;
  • Otel şəbəkələri;
  • İaşə xidmətləri;
  • Təchizatçılar;
  • Mühəndislər, arxitektorlar, layihəçilər, məsləhətçilər.


Sərgidə nə nümayiş olunacaq?

  • Peşəkar mətbəx avadanlıqları;
  • Soyuducu və dondurucu avadanlıqları;
  • Otel, restoran və kafelər üçün  ərzaq və içkilər;
  • Avtomatlaşdırılmış satış xidməti üçün avadanlıqlar;
  • Masa boşqabları və ləvazimatları;
  • Xalçalar və döşəmə örtükləri;
  • Otel və restoranlar üçün mebellər;
  • İnteryer dizaynı və dekorasiya xidmətləri;
  • Toxuculuq məhsulları və geyim formaları;
  • Səs, işıqlandırma və OHP (təsvirli projektor) avadanlıqları;
  • Avtomatik idarəetmə və təhlükəsizlik sistemləri;
  • Kassa və tərəzi avadanlıqları;
  • Peşəkar təmizləyici və şəxsi gigiyena məhsulları;
  • Otellərin, restoran və supermarketləri kompleks təchizatı xidmətləri;
  • Əyləncəli oyun avadanlıqları;
  • Hamam və fitnes avadanlıqları;
  • Məşğulluq.


Biz
sizin üçün maraqlı olan və bu sahəni təmsil edən şəxslərlə şəxsən görüşüb yeni biznes tərəfdaşlıqları əldə etmək imkanı  yaradırıq.

Bu imkanı qaçırmayın!

 





BİZƏ QOŞULUN!
Baş xəbərlər
KOMMUNİKASİYA TƏRƏFDAŞI
Azerfon-Vodafone
TEXNİKİ DƏSTƏK
CASPEL
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
RƏSMİ AVİADAŞIYICI
VALYUTA MƏZƏNNƏSİ
  11/11/2019 12/11/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



HOREX is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek