Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия





Biz böyük məmnuniyyətlə sizi 12-14 aprel tarixlərində “Baku Ekspo” mərkəzində keçiriləcək “Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar” (“Horex-2012”) sərgisinə dəvət edirik.

“Horex” sərgisi Azərbaycanda otel və restoran sahəsinin peşəkarları üçün ideal iş meydançasına çevrilmiş yeganə ixtisaslaşdırılmış tədbirdir. Bu sahənin ən son bazar tələblərinə uyğun olan yenilik və təkmilləşdirmələri sizin qonaq qəbul etmə (otel, restoran və s. bu kimi) xidmətinizi dünya standartları səviyyəsinə qədər yüksəltməyə imkan verəcək. Burada sizə obyektinizə ən çox uyğun olan avadanlığı, habelə interyer və məkan üçün lazımı ləvazimatları seçməkdə kömək edəcəklər. Sizin biznesin maksimum rentabelliyi üçün hazırkı dövrdə müasir təmayülləri diqqətlə izləmək və əməyin məhsuldarlığı və səmərəsini yüksəldən yeni texnologiyalar tətbiq etmək tələb olunur. Bu sərgi sizin işgüzar əlaqələr qurmağınız, təcrübə və məlumatları mübadilə etməyiniz, danışıqlar aparmağınız və məşhur dünya brendlərinin nümayəndələri ilə qarşılıqlı faydalı olan müqavilələr imzalamağınız üçün unikal imkan yaradacaq.

Sərgidə aşağıda göstərilən məhsullar təqdim olunacaq:

  • Peşəkar mətbəx avadanlığı, qəhvə maşınları, buz hazırlayan maşınlar, soyuducu vitrinlər, qabyuyan sistemlər, qab-qacaq, sobalar, müxtəlif mətbəx ləvazimatı (“Santos”, “Robot Coupe”, “Rational”, “Karma-Global”, “Scotsman”, “Modular”, “Bonnet”, “Sagi S.p.a”, “Rovabo”, “Titan”);
  • Otellər, restoranlar və konfrans zalları üçün toxunma  mallar - yastıqlar, yorğanlar, yataq dəyişəyi, masa örtükləri, uzun ayaqaltılar, kürsülər üçün örtüklər, xalça örtükləri və digər toxunma məhsullar (“Muehldorfer”, “Ingrid Lesage Creations”, “Asena”);
  • Otellər və xəstəxanalar üçün camaşırxana avadanlığı (“Danube International”);
  • Mehmanxana biznesi, restoranlar, kafe və barlar üçün informasiya texnologiyaları (“Micros-Fidelio”);
  • İşıqlandırma sistemləri, sifariş əsasında hazırlanan müstəsna çilçıraqlar (“KNY Design”).

Sərgi çərçivəsində iştirakçıların stendlərində dünya üzrə məşhur mütəxəssislərin iştirakı ilə təqdimatlar və ustad dərsləri (“master klass”) keçiriləcək, siz isə unudulmaz hadisənin həm iştirakçısı, həm də tamaşaçısı olmaqla yanaşı, ən yeni avadanlıqları bilavasitə iş prosesində görə biləcəksiniz.

Sizi sərginin qonaqları arasında görməyə şad olardıq və ümid edirik ki, bu tədbiri ziyarət etməyiniz sizin üçün həm məhsuldar, həm də faydalı olacaqdır.


BİZƏ QOŞULUN!
Baş xəbərlər
KOMMUNİKASİYA TƏRƏFDAŞI
Nar Mobile
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
RƏSMİ AVİADAŞIYICI
VALYUTA MƏZƏNNƏSİ
  13/10/2019 14/10/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



HOREX is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek