Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия







Bütün video xəbərlər ...



Aprel ayının 4-də Bakı Ekspo Mərkəzi sərgi kompleksində turizm sahəsinin ənənəvi ixtisaslaşdırılmış tədbiri olan “AITF-2013” Azərbaycan Beynəlxalq “Turizm və səyahətlər” sərgisi və “Horex Caucasus-2013” 7-ci Qafqaz Beynəlxalq “Mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar” sərgisinin açılış mərasimi baş tutdu. Artıq 12 ildir ki, “AITF” sərgisi regionun istirahət və səyahətlər sahəsinin inkişaf təmayülləri və yollarını müəyyən edir, turizm sahəsində ilin uğurlu olmasında mühüm rol oynayır, habelə bu sektorun gələcək inkişafına təkan verən amillərdən birini təşkil edir. Təsis edildiyi vaxtdan etibarən, “AITF” sərgisi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin fəal dəstəyi ilə həyata keçirilir. “AITF” sərgisinin beynəlxalq nüfuzu Ümumdünya Turizm Təşkilatı (UNWTO) və Beynəlxalq Turizm Sərgiləri Assosiasiyasının (ITTFA) dəstəyi ilə bir daha sübut olunur. Sərgi həmçinin “AzPromo” və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən dəstəklənir və “UFI” (Ümumdünya sərgi sənayesi assosiasiyası) tərəfindən təqdir olunur.

Sərginin rəsmi açılış mərasimində Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəz Qarayev və “ITE Group plc” şirkətinin icraçı direktoru cənab Edvard Stroon çıxış etdilər.

Sərgi stendləri üzrə “VIP”-turda Krımın kurortlar və turizm naziri Aleksandr Liyev və Stavropol regionunun kurortlar və turizm naziri Valentina Çentsova, habelə fövqəladə və səlahiyyətli səfirlər, iştirakçılar, ziyarətçilər və KİV nümayəndələri iştirak etdilər.

“AITF-2013” və “HOREX-2013” sərgilərinin ikinci iş günü Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevin Bakı Ekspo Mərkəzini ziyarət etməsi ilə əlamətdar oldu. Dövlət başçısı dünyanın aparıcı turizm şirkətləri, beynəlxalq aviaşirkətlər, otel və restoranlar üçün avadanlıqlar istehsal edən şirkətlərin ekspozisiyaları, habelə Azərbaycan regionlarının ekspozisiyası ilə tanış oldu. Xarici eksponentlər turizm, informasiya və mədəniyyət mübadiləsi sahəsində Azərbaycanla davamlı işgüzar əlaqələr qurmaq istəyən ölkələrinin potensialını cənab Prezidentə nümayiş etdirdilər.

“AITF-2013” sərgisində müasir təmayüllərə xüsusi diqqət yetirməklə turizm xidmətlərinin geniş çeşidini təqdim edən dünyanın 35 ölkəsindən 251 şirkət iştirak edir. Həmçinin, bu il 20 stend öz milli ekspozisiyaları ilə sərgiyə qatılmışdır və onların arasında Bolqarıstan, Kipr, Çexiya, BƏƏ, Gürcüstan, Rusiya, Sloveniya, Türkiyə və Misirdən olan daimi iştirakçılar da var. Bununla yanaşı, sərgi xarici iştirakçılara Azərbaycanın zəngin turizm potensialını əyani surətdə nümayiş etdirir və bu, ölkəmizin diqqətəlayiq turizm marşrutu kimi populyarlaşmasına xidmət etməklə, 2013-cü ilin turizm mövsümündə yeni üfüqlər açır.

Sərginin əsas bölümləri hava yolları, turoperatorlar, otellər və sanatoriyalar, həmçinin macəralı istirahət, işgüzar səfərlərin təşkili, habelə idman, ekoloji və elit turizm, o cümlədən “Tibbi turizm” istiqamətinin həyata keçirilməsi üzrə ixtisaslaşmış şirkətlərlə təmsil olunur. Bu ilin yeniliyi isə sərgidə yeni “Xaricdə daşınmaz əmlak” bölümünün təqdim edilməsi oldu.

“HOREX Caucasus-2013” sərgisində otel və restoran biznesi, eləcə də ticarət müəssisələri üçün nəzərdə tutulmuş məhsullarını nümayiş etdirən 30 şirkət iştirak edir. Bu il 40% artım nümayiş etdirən sərgi ekspozisiyasına tekstil dizaynı və müxtəlif interyerlərin dekoru üzrə həll variantları, mehmanxanalar üçün kosmetika və ətriyyat, beşulduzlu restoranlardan tutmuş cəld qida xidməti (“fast-fud”) sistemi üzrə işləyən müəssisələrə qədər müxtəlif səviyyəli peşəkar mətbəxlərin yaradılması üçün avadanlıqlar, restoranlar üçün çini və şüşə qablar, təmizləyici vasitələr və müasir təmizlik avadanlıqları, restoran şəbəkəsinin idarə olunması üçün proqram təminatı, supermarketlər üçün avadanlıqlar və bir sıra digər seqmentlər daxildir.

Sərginin elə ilk iş günündə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri və Stavropol və Krımın əlaqədar nazirliklərinin nümayəndələri arasında ikitərəfli görüşlər, seminarlar və Avropa İttifaqının “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi nəzdində Turizm şöbəsinin imkanlarının artırılması” adlı tvinninq layihəsinin təqdimatı keçirildi. Sərginin yaratdığı imkanlardan yararlanan iştirakçılar yeni aviareysləri və endirim proqramlarını elan edərək turizm istiqamətləri üzrə təqdimatlar keçirdilər.




BİZƏ QOŞULUN!
Baş xəbərlər
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
VALYUTA MƏZƏNNƏSİ
  13/10/2019 14/10/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



HOREX is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek