Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия







Bütün video xəbərlər ...

AITF 2014 Daily News

8-ci Qafqaz Mehmanxana, Restoran Supermarketlər üçün avadanlıq və ləvazimatlar sərgisi

3 aprel tarixində Bakı Ekspo Mərkəzində Horex Caucasus 2014-8-ciQafqaz Mehmanxana, Restoran Supermarketlər üçün avadanlıq və ləvazimatlar sərgisi öz işini başladı. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev, Ümumdünya Turizm Təşkilatının Baş katibi cənab Taleb Rifai, Albaniyanın Şəhər İnkişafı və Turizm Naziri Eglantina Gjermeni, Xorvatiyanın Turizm Naziri, Darko Lorensin, Litvanın İqtisadiyyat NaziriEvaldas Gustas və başqa qonaqlar iştirak etmişdi. Aprelin 4-də Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev "HOREX Caucasus 2014 sərgi ilə tanış olmuşdur. Dövlət başçısı dünyanın aparıcı turizm şirkətləri, beynəlxalq aviaşirkətlər, habelə otel və restoranlar üçün avadanlıqlar istehsal edən şirkətlərin ekspozisiyaları ilə tanış oldu. Xarici eksponentlər turizm, informasiya və mədəniyyət mübadiləsi sahəsində Azərbaycanla davamlı işgüzar əlaqələr qurmaq istəyən ölkələrinin potensialını cənab Prezidentə nümayiş etdirdilər.

Sərgi çərçivəsində iştirakçı şirkətlər yüksək səviyyəli turizm xidmətləri üzrə müasir təmayülləri və yeni texnologiyaları, istehsalçıların konseptual tapıntılarını, habelə yüksək keyfiyyətli servis və peşəkar etika standartlarını nümayiş etdirmişdilər. Sərgidə Azərbaycan, Almaniya, Gürcüstan, Niderland Krallığı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Rusiya, Türkiyə və İsveçrədən olan aparıcı şirkətlər iştirak etmişdir. Sərginin daimi iştirakçıları arasında isə "Art Nishan", "Asena", "FaberChemical&Medicine", "Horeca", "HRS", "KymberlyClarkAdvent", "Muehldorfer", "REM ServicesTanay" şirkətləri, eləcə də peşəkar avadanlıqların yerli istehsalçısı "Titan Group", "Wanzi" və digərləri var idi. Builkisərginindebütantları "Azer Co (Milla)", "Base7Booking", "Ekipan", "Fina", "Swissam Hospitality Business School", "Zivella" və s. şirkətlərolub.Sərginin ekspozisiyası uğurlu biznes üçün lazım olan bütün avadanlıq və ləvazimatları ehtiva etmişdir: müasir otel mebeli, interyer üzrə həll variantları və tekstil, mətbəx avadanlıqları və qəhvə maşınları, otellərin sağlamlıq və spa salonları üçün peşəkar kosmetika, eləcə də eksklüziv məhsul və içkilər, təmizlik və gigiyena avadanlıqları, qab-qacaq, otelin idarə edilməsi və təhlükəsizliyi üzrə İT həll variantları. Bu ilin yenilikləri arasında "lüks" kateqroiyalı supermarketlər üçün kompleks avadanlıqlar yer almışdı.

Horex Caucasus sərgisi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, zərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və Azərbaycanda İxracatın və İnvestisiyaların Təşviqi Fondu tərəfindən dəstəklənir. Sərginin təşkilatçıları qismində "ItecaCaspian" və onun tərəfdaşı "ITE Groupplc" şirkətləri çıxış edirlər.

Sərgi Ümumdünya Sərgi Sənayesi Assosiasiyasının keyfiyyət nişanına malikdir.



BİZƏ QOŞULUN!
Baş xəbərlər
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
VALYUTA MƏZƏNNƏSİ
  13/10/2019 14/10/2019
USD 1.7 1.7
EUR 1.9068 1.8968
GBP 2.1994 2.1937
RUR 0.0267 0.0264
HAVA



HOREX is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek