Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия





Sərgi haqqında



Müasir Azərbaycanın daim fəal inkişafda olan iqtisadiyyatı otel, restoran və iaşə bazarının inkişafı üçün münasib zəmin yaradır.

"HOREX Caucasus" - mehmanxana və restoran biznesinin aparıcı nümayəndələri üçün restoranlar, kafelər, mehmanxanalar, kiçik otellər, sanatoriyalar və pansionatlar üçün avadanlıq, ləvazimat, ərzaq və xidmətlərin istehsalçı və təchizatçıları ilə görüş yeri olmaqla, mehmanxana (qonaqpərvərlik) sənayesinin mütəxəssisləri üçün peşəkar tədbirdir.

"HOREX Caucasus" sərgisində iştirakın 5 səbəbi:

  1. Cənubi Qafqaz və Xəzər regionunda mehmanxana və restoran biznesinin əsas beynəlxalq sərgisi;
  2. Son 5 ildə Azərbaycanı ziyarət edən turistlərin sayı 32%-dən çox artaraq 2.5+ milyon nəfər təşkil etmişdir;
  3. 2012-ci il üçün otellərin sayı iki dəfə çoxalmış və 508-ə çatmışdır (2005-ci ildə 262 otel var idi). Hal-hazırda, bütövlükdə ölkə üzrə 46 turizm obyekti tikilir. Son 10 il ərzində isə otel və digər yaşayış obyektlərində yataq yerlərinin sayı 6 mindən 31 minədək artmışdır (bunlardan 15.000 yer Bakının payına düşür);
  4. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sərgilərə ayırdığı diqqət və qayğı HOREX Caucasus sərgisində öz təsdiqini tapmışdır. Bu sərgi hər il Azərbaycan Respublikasının Prezidenti tərəfindən ziyarət olunur.
  5. Qarşıdan gələn illər üçün bir çox layihələr nəzərdə tutulmuşdur (məs.: yeni turist komplekslərinin, otel və biznes mərkəzlərinin və s. Inşası). 2012-ci ilin birinci yarısında turizm sektoru 18.6% artmış və investisiyaların ümumi məbləği 95 milyon ABŞ dolları təşkil etmişdir.


"HOREX Caucasus 2013" sərgisi ilə bağlı faktlar:

  • Peşəkar ziyarətçilərin sayı : 3406
  • İştirakçıların 86% gələcək satışlar üçün işgüzar əlaqələr yarada bilmişdir;
  • İştirakçıların 79% sərgidə məqsədlərinə tam nail ola bildilər;
  • İştirakçıların 63% ziyarətçilərin keyfiyyəti ilə razı galdiqlarını bildirdilər;
  • İştirakçıların 81% gələn il sərgidə iştirak edəcəklərini bildirdilər.


İştirakçılar

 

 

SƏNAYE

Azərbaycanda mövcud olan siyasi sabitlik, iqtisadi inkişaf, ənənəvi Azərbaycan qonaqpərvərliyi, eləcə də ölkənin nadir sərvətləri, Avropa ilə Asiyanın kəsişmə nöqtəsindəki əla coğrafi mövqeyi və regionda ən yaxşı infrastruktura malik olması turizmin inkişafına da müsbət təsir göstərmiş və son 5 il ərzində mehmanxanaların sayı iki dəfə artmışdır.

2012-ci ildə respublikadakı mehmanxanaların ümumi sayı 520 təşkil edirdi və Azərbaycanı 2.5 milyona yaxın turist ziyarət etmişdir.

2011-2012 illər ərzində "Sheraton", "Four Seasons", "Hilton", "Marriott", "Fairmont", "Kempinski və Jumeirah" kimi bir sıra dünya şöhrətli mehmanxana şəbəkələri Azərbaycanda öz fəaliyyətinə başlamışdırlar.

Növbəti bir neçə il ərzində isə bir çox layihənin həyata keçirilməsi, o cümlədən yeni turizm, mehmanxana və biznes komplekslərinin, habelə sağlamlıq və istirahət mərkəzlərinin inşa edilməsi nəzərdə tutulmuşdur. Bu layihələrin ümumi dəyəri 528 milyon ABŞ dolları təşkil edir.

Son 5 il ərzində ölkəyə gələn ziyarətçilərin ümumi sayı 32% artmışdır.

Turizm sənayesi dövlətin ən mühüm fəaliyyət istiqamətlərindən biridir.



BİZƏ QOŞULUN!
Baş xəbərlər
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
VALYUTA MƏZƏNNƏSİ
  11/11/2019 12/11/2019
USD 1.7 1.7
EUR 1.9068 1.8968
GBP 2.1994 2.1937
RUR 0.0267 0.0264
HAVA



HOREX is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek