Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия





02.04.2014 12:19

3-5 aprel tarixində Bakı Ekspo Mərkəzində regionda mehmanxana və restoran sənayesi üzrə yeganə ixtisaslaşdırılmış tədbir olan 8-ci Qafqaz Beynəlxalq “Mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar” (“Horex Caucasus 2014”) sərgisi keçiriləcək.

3-5 aprel tarixində Bakı Ekspo Mərkəzində regionda mehmanxana və restoran sənayesi üzrə yeganə ixtisaslaşdırılmış tədbir olan 8-ci Qafqaz  Beynəlxalq “Mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar” (“Horex Caucasus 2014”) sərgisi keçiriləcək. “Horex Caucasus” sərgisi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir. Sərginin təşkilatçıları qismində “Iteca Caspian” MMC və onun tərəfdaşı “ITE Group plc” şirkəti çıxış edirlər. 2014-cü ildə “Iteca Caspian” şirkəti tərəfindən keçirilən bütün sərgilərin təhlükəsizlik üzrə rəsmi tərəfdaşı “SafeLife” şirkətidir. Sərgilərin rəsmi otelləri qismində “JW Marriott Absheron Baku” və “Qafqaz Point” mehmanxanaları, rəsmi turoperatoru qismində isə “Greenwich Travel Club” şirkəti çıxış edirlər.

Sərgi çərçivəsində iştirakçı şirkətlər yüksək səviyyəli turizm xidmətləri üzrə müasir təmayülləri və yeni texnologiyaları, istehsalçıların konseptual tapıntılarını, habelə yüksək keyfiyyətli servis və peşəkar etika standartlarını nümayiş etdirəcəklər. Sərgidə Azərbaycan, Almaniya, Gürcüstan, Niderland Krallığı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Rusiya, Türkiyə və İsveçrədən olan aparıcı şirkətlər iştirak edəcək. Sərginin daimi iştirakçıları arasında isə “Art Nishan”, “Asena”, “Faber Chemical & Medicine”, “Horeca”, “HRS”, “Kymberly Clark Advent”, “Muehldorfer”, “REM Services Tanay” şirkətləri, eləcə də peşəkar avadanlıqların yerli istehsalçısı “Titan Group”, “Wanzi” və digərləri var. Builki sərginin debütantları “Azer Co (Milla)”, “Base7Booking”, “Ekipan”, “Fina”, “Swissam Hospitality Business School”, “Zivella” və s. şirkətlərdir.

Sərginin ekspozisiyası uğurlu biznes üçün lazım olan bütün avadanlıq və ləvazimatları ehtiva edir: müasir otel mebeli, interyer üzrə həll variantları və tekstil, mətbəx avadanlıqları və qəhvə maşınları, otellərin sağlamlıq və spa salonları üçün peşəkar kosmetika, eləcə də eksklüziv məhsul və içkilər, təmizlik və gigiyena avadanlıqları, qab-qacaq, otelin idarə edilməsi və təhlükəsizliyi üzrə İT həll variantları. Bu ilin yenilikləri arasında “lüks” kateqroiyalı supermarketlər üçün kompleks avadanlıqlar yer alır.

İştirakçılar öz stendlərində təqdimatlar və ustad dərsləri (“master klass”) keçirəcəklər. Bu nümayiş zamanı həm iştirakçılar, həm də ziyarətçilər ən yeni avadanlıqları bilavasitə iş prosesində görə biləcəklər.

“HOREX Caucasus 2014” sərgisi qısa vaxt ərzində mehmanxana sənayesi üzrə ən yeni xidmətlərin aparıcı istehsalçıları və distribyutorları ilə tanış olmaq, sərfəli müqavilələr bağlamaq və müştərilərə yüksək səviyyəli xidmətlər göstərməyə imkan verən etibarlı təchizatçılar qazanmaq üçün unikal şərait yaradacaq. Sərgiyə qonaqpərvərlik sənayesinin peşəkar mütəxəssisləri, restoran, kafe və digər iaşə müəssisələrinin, habelə topdan və pərakəndə satış müəssisələrinin sahibləri, ərzaq mağazalarının və supermarketlərin nümayəndələri, avadanlıq istehsalçıları, eləcə də ərzaq və içki məhsullarının təchizatçıları dəvət olunurlar. Həmçinin, sərgini ziyarət etmək baş aşpazlar, çörəkçilər, şirniyyatçılar və digər sənaye mütəxəssisləri üçün də faydalı olacaq.

“Horex Caucasus” sərgisi ilə eyni vaxtda Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi dəstəyi çərçivəsində Azərbaycan Beynəlxalq “Turizm və Səyahətlər” (“AITF 2014”) sərgisi keçirilir. “BÜTÜN DÜNYA - BİR SƏRGİ” şüarını doğrultmaqla yanaşı, bu gün “AITF 2014” sərgisi dünyanın 38 ölkəsindən eksklüziv turizm təklifləri ilə çıxış etməyə hazır olan 351 iştirakçını qəbul edir.

bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
VALYUTA MƏZƏNNƏSİ
  19/10/2020 20/10/2020
USD 1.7 1.7
EUR 1.9068 1.8968
GBP 2.1994 2.1937
RUR 0.0267 0.0264
HAVA



HOREX is Copyright © 2000-2020 Bütün hüquqlar qorunur. Hosted by VebTek