Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия









Bütün video xəbərlər ...

AITF 2015 DailyNews

9-cu Qafqaz Beynəlxalq “Mehmanxana, restoran və super-marketlər üçün avadanlıq və ləvazimatlar” sərgisi

2 aprel tarixində Bakı Ekspo Mərkəzində 14-cü Azərbaycan Beynəlxalq “Turizm və Səyahətlər” (“AITF 2015”) sərgisi öz işinə başladı. Keçirildiyi illər ərzində “AITF” sərgisi regionun müasir turizm bazarının ümumi mənzərəsini əks etdirməklə yanaşı, dünyanın müxtəlif guşələrinin koloritini təqdim edən aparıcı beynəlxalq sərgi statusunu daha da möhkəmləndirmişdir. “AITF-2015” sərgisi ilə eyni vaxtda 2-ci Xəzər Beynəlxalq “Katerlər və Yaxtalar” (“CIBS 2015”) və 9-cu Qafqaz Beynəlxalq “Mehmanxana, restoran və super-marketlər üçün avadanlıq və ləvazimatlar” (“Horex Caucasus 2015”) sərgilərinə də start verildi.

Sərginin təntənəli açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkə rəhbərliyi tərəfindən bu sahənin inkişafına göstərilən daimi diqqəti vurğulayaraq, “AITF 2015” sərgisində geniş surətdə təqdim olunan regional turizm qruplarının əhəmiyyətli dərəcədə inkişaf etdiyini bildirdi. Cənab nazir “AITF” sərgisinin regiondakı turizm tədbirləri arasında lider olduğunu da bildirərək əlavə etdi ki, 2016-cı ildə “AITF” sərgisi öz yubileyini qeyd edəcək və o, hamını bu yubiley sərgidə iştiraka dəvət etdi. Həmçinin, Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Ə. Qarayev Ümumdünya Turizm Təşkilatının (ÜTT) baş katibi Taleb Rifainin sözlərini təkrar edərək bildirdi ki, Azərbaycan dünya turizm istiqamətləri arasında parlayan ulduzdur.   

“ITE Group Plc” şirkətinin icraçı direktoru cənab Edvard Stroon öz çıxışında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinə sərgilərə göstərdiyi dəstəyə görə minnətdarlığını bildirərək qeyd etdi ki, sərgidə 80 turizm istiqaməti üzrə təklif verən 42 ölkədən 371 şirkət iştirak edir. Cənab E. Stroon həmçinin bildirdi ki, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Azərbaycanı xarici ölkələrdə, xüsusi ilə də “ITE Group Plc.” şirkətinin təşkil etdiyi sərgilərdə fəal surətdə təşviq edir.  Rəsmi açılış mərasiminin sonunda cənab nazirə sertifikat təqdim olundu. 

“AITF 2015” sərgisində Argentina, Bolqarıstan, İran, Gürcüstan, Dominikan Respublikası, Hindistan, Malayziya, Mərakeş, BƏƏ, Sloveniya, Tailand, Türkiyə və digər ölkələrdən 17 milli qrup iştirak edir, Maldiv adaları isə milli stendlər arasında debütantdır. Sərgidə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, eləcə də Azərbaycan Turizm Assosiasiyasının (AzTA) himayəsi altında bir-birindən fərqli təkliflərlə çıxış edən yerli turoperatorlar da var. Azərbaycanın turizm potensialı isə ölkə regionlarının - Qəbələ, Qax, Quba, Gəncə, Zaqatala, Lənkəran, Masallı, Mingəçevir, Naxçıvan Muxtar Respublikası, İsmayıllı, Xaçmaz, Şəki, habelə Sumqayıt Şəhər Mədəniyyət və Turizm İdarəsi, eləcə də Azərbaycanın hüdudlarından kənarda da tanınan qədim İvanovka kəndinin parlaq ekspozisiyalarında əks olunur. Ənənəvi olaraq, sərgidə qonaqları regionun tarixi-mədəni irsi ilə tanış edən Qarabağ stendi təqdim olunur.

İştirakçıların arasında turoperatorlar, milli turizm təşkilatları, otel şəbəkələri, sanatoriya və pansionatlar, müalicə-sağlamlıq və spa-mərkəzləri, idman və ekoloji turizm təşkilatları yer alır. Birinci Avropa İdman Oyunları Təşkilat Komitəsinin (“BEGOC”) stendini ziyarət edənlərə bu Oyunlara hazırlıqla bağlı geniş məlumat verilir.

Sərgidə təqdimatlar, layihələr, “Xaricdə daşınmaz əmlak” sektoru, “Tibbi turizm” istiqaməti üzrə ideyalar, habelə təşkilatçıların təqdim etdiyi yeni xidmət növü - eksponentlərin ziyarətçilərlə ünsiyyətini sürətləndirmək üçün görüşlərin əvvəlcədən təyin edilməsi proqramı diqqəti cəlb edir.

“HOREX Caucasus 2015” sərgisində Azərbaycan, İtaliya, Koreya, Litva, Rusiya və Türkiyənin aparıcı şirkətləri iştirak edir. Sərgi iştirakçıları arasında  “Asena”, “Ateşe Makine Kazan”, “Billur MS”, “Coffee Planet Azerbaijan”, “Günəş”, “Guven Halicilik”, “HoReCa”, “Hotstar”, “HRS” (“Hotel & Restaurant Systems”), “Hurom”, “Inter Isi”, “Refra” ASC, “Kaan Celik Kasa”, “Lactalis”, “Netsa Metal”, “RULOPAK Hijyen Sistemleri”, “Zama” və başqa şirkətlər yer alır. Ölkədə mehmanxana, restoran, idman kompleksləri və biznes mərkəzlərinin intensiv tikintisi ilə əlaqədar bu sərginin keçirilməsi olduqca aktualdır. Belə ki, məhz sərgi yeni tikilən və gələcəkdə inşa olunacaq obyektlər üçün “HoReCa” sektorunda fəaliyyət göstərən aparıcı beynəlxalq istehsalçı və distribyutorların təklif etdikləri bütün zəruri avadanlıq, qab-qacaq, qida məhsulları və içkiləri seçmək baxımından lazımı şəraiti təmin edir. 

Xəzər regionunda katerlər, yaxtalar, müxtəlif növ dəniz avadanlıqları, yaxta-klublar, su idmanı, su nəqliyyatı, və s. bu kimi sektorlarda fəaliyyət göstərən şirkətləri özündə birləşdirən yeganə ixtisaslaşdırılmış tədbir - “CIBS 2015” sərgisinin ekspozisiyası Bakı Ekspo Mərkəzinin ikinci zalında yerləşir. Sərgi iştirakçıları arasında Azərbaycan Dövlət Dəniz Administrasiyası, “Arcadia Marine House”, Azərbaycan Yelkənli İdman Federasiyası, “Baku Marine Service”, “Regal Boats”, “Seagull Caspian” və digər şirkətlər var. İştirakçıların coğrafiyası Azərbaycan, ABŞ və Ukraynanı əhatə edir. Sərgidə su-motor texnikası, eləcə də aktiv istirahət üçün müvafiq məhsulları, habelə sənayenin ən son texnoloji nailiyyətləri təqdim olunur.  

“AITF” sərgisi ilk gündən etibarən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin fəal dəstəyi ilə keçirilir. Sərgi həmçinin Ümumdünya Turizm Təşkilatı (ÜTT), Azərbaycan Turizm Assosiasiyası (AzTA) və Beynəlxalq Turizm Sərgiləri Assosiasiyası (BTSA) tərəfindən də dəstəklənir. “AITF-2015” sərgisi ilə eyni meydançada keçirilən 2-ci Xəzər Beynəlxalq “Kater və Yaxtalar” (“CIBS 2015”) sərgisinə rəsmi dəstəyi isə Azərbaycan Dövlət Dəniz Assosiasiyası göstərir. Sərgilərin təşkilatçıları qismində “ITECA Caspian LLC” və onun Böyük Britaniyalı tərəfdaşı “ITE Group plc.” şirkətləri çıxış edirlər.







bizə qoşulun!
Baş xəbərlər
RƏSMİ DƏSTƏK
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi

RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
KEYTRİNQ TƏRƏFDAŞI
seaport catering
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Jumeirah

Qafqazpoint
VALYUTA MƏZƏNNƏSİ
  13/10/2019 14/10/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



HOREX is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek